Modern.az

Mübariz Qurbanlı: “Azərbaycanda radikal qruplar nə qədər körüklənsələr də, alışa bilməyəcəklər”

Mübariz Qurbanlı: “Azərbaycanda radikal qruplar nə qədər körüklənsələr də, alışa bilməyəcəklər”

Ölkə

9 Yanvar 2015, 16:57

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Modern.az-a müsahibəsində  Azərbaycanda mövcud olan radikal dini qruplardan söz açıb. Mübariz Qurbanlı Fransada baş verən qanlı terror hadisələrinin Azərbaycana təsiri məsələlərinə də toxunub.

Onun sözlərinə görə, Azərbaycan xalqı xurafata uyan deyil.

"Bizim xalqın intellektual səviyyəsi yüksəkdir. Biz hər hansı Qərb dünyasında hansısa dairələrin sifarişi ilə siyasi karikatura siyasətindən, fitnəkarlığından istifadə edənlərin toruna düşən xalqlardan deyilik. Biz peyğənbərimizə qarşı olan hərəkətləri həmişə pisləyirik. Lakin bu hərəkətlərdən qıcıqlanaraq öz ölkəmizdə hansısa hərəkətlər edərək radikal  addımlar atılması bizə xas deyil. Bizim xalq bu hiylə -fəsadın arxasında kimlərin dayandığını bilir. Qərbin bəzi mərkəzlərində İslam dininə qarşı yaradılmış olan fitnə fəsadların nə məqsədlə edildiyi bizim xalqa aydındır. Bu cür hadisələr bizim ərazi üçün qıcıq yaratsa da, hansısa qarşıdurma ehtimalı olan məkan deyilik. O ki qaldı Azərbaycanda olan bəzi radikal qruplara onlara həqiqətən də qrup deyirəm. Çünki onlar o dərəcədə azdır ki, o qrupların iqtisadi, sosial dayaqları yoxdur, zəifdir. Onların iqtisadi dayaqları çökdürülməkdədir. Eyni zamanda, inzibati yolla və ideoloji sahədə aparılan işlər bu cür qrupların Azərbaycanda kök atmasına imkan vermir. Bir ağacı əkərsiz o bir müddət yaşıl görünər. Amma bir azdan quruyacaq.

Komitə sədri bildirib ki, Azərbaycan xalqı radikal qruplara mənəvi, siyasi tərəfdən dəstək vermir və bundan sonra da bu, belə davam edəcək.

“Radikal qruplar o yerdə münbit şərait əldə edir ki, o yerdə xurafat və gerilik, elmi, dini baxımdan özünü göstərir. Biz xurafata “yox” deyən xalqıq. Ulu öndər Heydər Əliyevin və cənab İlham Əliyevin yürütdüyü siyasət, Azərbaycanda dövlət-din münasibətləri ilə bağlı kompleks işlərin görülməsi Azərbaycan xalqını xurafatdan xeyli uzaqda saxlayır və saxlamaqdadır. Azərbaycanda radikal qruplar nə qədər körüklənsələr də, alışa bilməyəcəklər. Kənardan kimsə hansısa formada radikallara iqtisadi dəstək vermiş olsa da, həmin iqtisadi dəstək küləkdə sovrulub gedən əşyaya çevriləcək".

Mübariz Qurbanlı Modern.az-ın “Pəncərə” layihəsinin qonağı olub. Komitə sədri xeyli maraqlı məsələlərə toxunub.

Onunla müsahibə tezliklə  saytda yayımlanacaq.

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı