Modern.az

Prezidentin möhtəşəm təyyarəsi - Ərəb şeyxlərinin hava gəmisi ilə rəqabətə girə bilər - FOTOLAR

Prezidentin möhtəşəm təyyarəsi - Ərəb şeyxlərinin hava gəmisi ilə rəqabətə girə bilər - FOTOLAR

Ölkə

5 May 2015, 23:11

Rusiya prezidenti Vladimir Putinin bir müddət əvvəl yeni təyyarə almaq qərarına gəldiyi açıqlanıb. Fotolardan görünür ki, prezidentin yeni təyyarəsinin interyeri sadəcə, möhtəşəmdir. Modern.az saytı xəbər verir ki, İl-96-300 təyyarəsinin qurulmasının təxminən 86 milyon dollara başa gəldiyi bildirilir.

Putin bu təyyarədə istənilən səviyyəli müzakirə apara bilir. Stol elit ağac növündən hazırlanıb, qızılla naxışlanıb, ağ dəri çəkilən yumşaq mebel, interyerin əsas məqam kimi Rusiyanın gerbi və qızıl saat da var.

Prezidentin təyyarəsində iki çarpayılıq yataq otağı da var. Divardan Rusiya rəssamlarının əsərləri asılıb.

Təyyarədə ayrıca məşq zalı da var. İdman qurğularından başqa, buraya televizor da qoyulub.

Təyyarənin göyərtəsində mətbəx və şərab barı da var. Burada ən tələbkar sahibkarın ürəyindən keçən hər şey tapmaq mümkündür, müasir mətbəx texnikası və eksklüziv mebel.

Əlbəttə, təyyarədəki dəbdəbəli hamam da diqqətdən kənarda qala bilməz.

Bir sözlə, Putinin təyyarəsinin ərəb şeyxlərinin hava gəmiləri ilə rəqabətə girəcək səviyyədə olduğu vurğulanır.












Modern.az

Sizə yeni x var
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?