Modern.az

Hacıbala Abutalıbovun köməkçisi: “O yanğınla bağlı bizə müraciət etməyin”

Hacıbala Abutalıbovun köməkçisi: “O yanğınla bağlı bizə müraciət etməyin”

Ölkə

19 May 2015, 14:38

“Binada baş verən yanğınla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət edin, bizə yox...”.

Bu sözləri Modern.az saytına açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun şəxsi telefonuna cavab verən köməkçi xanım bildirdi.

“Baş verənlərdə Bakı Şəhər İcra Hakimiyyətini, Hacıbla Abutalıbovu günahlandırılar” fikirlərinə cavab olaraq xanım belə deyib: “Bu məsələ Hacıbala müəllimlik deyil”.

Xanım bir daha “müvafiq qurumlara müraciət edin” deyərək telefonu söndürüb.

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə zamanı ölənlərin sayı 10 nəfərə çatıb, 41 nəfər isə xəsarət alıb.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı