Modern.az

Azərbaycan Ordusunda əsgər ölümü baş verib

Azərbaycan Ordusunda əsgər ölümü baş verib

Ölkə

5 İyun 2015, 19:46

Fövqaladə Hallar Nazirliyinin Qəbələdə yerləşən “N”saylı hərbi hissəsində ölüm faktı qeydə alınıb.

Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Modern.az saytına açıqlamasında faktı təsdiqləyib.

“Ölüm faktı bədbəxt hadisə zamanı baş verib. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nərimanov rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılan Fövqəladə Hallar Nazirliyi Mülkü müdafiə qoşunlarının N saylı hərbi hissəsinin əsgəri 1992-ci il təvəllüdlü Allahyar Nazim oğlu Məmmədov 5 iyun 2015-ci il tarixində hərbi hissənin texnika parkında iş görülərkən ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Faktla bağlı Respublika Hərbi Prokurorluğunda araşdırma aparılır”.

Allah rəhmət eləsin...

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı