Modern.az

Meymunun imtina etdiyi məhsulu insan niyə yeyir? - Sağlığımızı qoruyacaq sərəncamla GMO-ya SON

Meymunun imtina etdiyi məhsulu insan niyə yeyir? - Sağlığımızı qoruyacaq sərəncamla GMO-ya SON

Ölkə

6 İyun 2015, 22:01


Dövlət başçısı İlham Əliyevin 5 iyun 2015-ci ildə imzaladığı sərəncama əsasən, Azərbaycanda GMO (genetik modifikasiya olunmuş) bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal edənlər və ya satanlar qanunla cəzalandırılacaq. Bu sərəncam ölkəmizdə əsrin bəlası olan GMO-ya son deməklə Azərbaycan vətəndaşlarının sağlamlığı üçün böyük töhfədir.

Modern.az saytı GMO məhsulları ilə bağlı yazını təqdim edir.

Meymunun imtina etdiyi məhsul

GMO məhsulları ilə bağlı mütəxəssislər hələ bir neçə il əvvəl maraqlı bir eksperiment aparıblar. Çox da əhlilləşdirilməmiş meymuna iki banan “təklif” olunub. Bananlardan biri GMO məhsulu, digəri isə təbii olub. Meymun təbii yolla yetişdirilmiş bananı “seçib”.

Daha bir eksperiment

Alimlər növbəti eksperimentlərini siçovulların üzərində aparıblar. Uzun müddət siçovulları GMO məhsulları ilə qidalandırıblar. Bu qida məhsulları bala siçovulların təxminən yarıdan çoxunu öldürüb.

GMO məhsulları ilk dəfə hansı ölkədə peyda olub?

GMO məhsulların hazırlanması 20-ci əsrin 80-ci illərinin sonlarında başlanıb. İlk dəfə 1992-ci ildə Çində, hətta zərərli həşəratların ziyan vura bilmədikləri tütün əkilməyə başlanıb. 1994-cü ildə isə Amerika Birləşmiş Ştatlarında GMO məhsullarının kütləvi istehsalına start verilib. Amerikalıların ilk GMO məhsulu pomidor olub ki, onlar uzun müddət saxlanıldıqda belə xarab olmayıb.

GMO məhsulları orqanizm üçün nə dərəcədə təhlükəlidir?

GMO məhsullarının insan orqanizminə təsiri ilə məşğul olan alimlərin əldə etdikləri nəticələr heç də ürəkaçan deyil. Tədqiqatlar göstərib ki, GMO məhsullar orqanizmdə allergik reaksiyalara, immun sisteminin tam zəifləməsinə, maddələr mübadiləsinin pozulmasına səbəb olur. Alman alimi Doerflerin uzun illər apardığı tətqiqatların nəticəsi isə daha acınacaqlıdır. Belə ki, alimin son qənaətlərinə görə nazik bağırsaqda yaranan onkoloji xəstəliklərin əsas səbəblərindən biri də GMO məhsullar ola bilər.

Statistika nə deyir?

GMO məhsullarının istifadəsi ilə bağlı bir statistik faktı göstərmək kifayətdir. Belə məhsulların istehsalı və satışı qadağan edilmiş İsveçdə əhalinin yalnız 7 faizində allergik xəstəliklər maşahidə olunur. GMO məhsullarından məhdudiyyətsiz şəkildə və böyük həvəslə istifadə olunan Amerika Birləşmiş Ştatlarında isə ümumi əhalinin 70 faizdən bir az da artıq hissəsi bu xəstəlikdən əziyyət çəkir.

GMO məhsullarını necə ayrıd etmək olar?

Alimlərin fikrinə görə, dad və iyinə görə bu məhsulları seçmək mümkün deyil. Amma xarici görünüşünə görə xüsusilə də meyvə və tərəvəzlərdə seçim etmək olar. Əgər istənilən hər hansı bir meyvənin, yaxud tərəvəzin üz səthində heç bir ləkə, qüsur yoxdursa, hamısı bir ölçüdədirsə, kənardan baxanda bir rəsmdəki gözəl təsviri xatırladırsa, çox yəqin ki, bu GMO məhsuldur. Xaricdən gətirilmiş qida məhsullarının bağlamalarının üzərində göstərilən tərkibdə “bitki zülalı” yer alırsa bu məhsullardan da imtina etmək lazımdır.

Ən yaxşı seçim isə yerli məhsullara üstünlüyün verilməsidir. Azərbaycan Prezidenti İlham Əliyevin 5 iyun 2015-ci il tarixli məlum sərəncamından sonra isə yəqin ki, bir daha alış-veriş şəbəkələrində GMO məhsullara rast gəlinməyəcək.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?