Sabah Azərbaycanda Birinci Avropa Oyunalarına start veriləcək. Bununla da bütün idman dünyasının, ümumilikdə dünyanın diqqəti Azərbaycana yönələcək.
Bu xoşməramlı beynəlxalq miqyaslı tədbirin Azərbaycanda keçirilməsi ilk anlardan erməni lobbisini ciddi narahat etməyə başlayıb.
Azərbaycanın inkişafını, ölkəmizin beynəlxalq dünyada yerinin möhkəmlənməsini istəməyən erməni lobbisi bütün havadarlarını öz ətrafında toplayaraq bu oyunların miqyasını kiçiltməyə çalışır.
Əslində isə hədəf oyunlar deyil, Azərbaycandır.
Dünyanın indiki vaxtında, münaqişələrin artdığı, ədalətsizliyin sürətləndiyi, stabilliyin pozuldyğu-bir sözlə, dünyanın düzəninin laxladığı zaman kəsiyində Azərbaycanın özünü dünyada stabil, firəvan, güclü, inkişaf etdirmiş bir ölkə kimi qəbul etdirməsi təbii ki, Azərbaycanın düşmənlərinin maraqlarına uyğun deyil.
Çünki Azərbaycan bu yolla, bu cür inkişaf sürətilə Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad edəcək. Bunu erməni lobbisi yaxşı anlayır. Ona görə də bu lobbi bütün resurslarını işə salaraq, Azərbaycana qarşı qara piar kampaniyasına start verib.

Məsələnin maraqlı və maraqlı olduğu qədər də eybəcər tərəfi odur ki, bu kampaniyaya Avropada bəzi qüvvələr də qoşulublar.
Bilirsiniz niyə eybəcər dedik, oyunun adı Avropadır. Rusiya deyil, İran deyil, heç Türkiyə də deyil. Keçiriləcək yarışın adı Birinci Avropa Oyunlarıdır.
Belədə ortaya məntiqi bir sual çıxır. Əcəba Avropa niyə Avropaya qarşı gedir?
Avropa niyə Avropaya qarşı qarayaxma müharibəsi aparır?
Cavab isə yuxarıda toxunduğumuz məsələdir. Hədəf əslində Avropa Oyunları deyil, bu oyunlara Azərbaycanın ev sahibliyi etməsidir.
Düşmən suveren Azərbaycanın dövlətçiliyinin oturuşmasını heç cür sınıra bilmir.
Amma bütün mərhələlərdə olduğu kimi Birinci Avropa Oyunlarında da Azərbaycan özünü dünyaya stabil, güclü, inkişaf etmiş bir ölkə kimi qəbul etdirəcək.
Qarayaxma kampaniyası kampaniyadan o yana keçməyəcək.
Müstəqil Azərbaycan lideri İlham Əliyevin rəhbərliyi ilə hələ çox ilklərə imza atacaq, çox tarixlər yazacaq.
Ən əsası isə Ermənistanın işğal etdiyi torpaqları azad edəcək.
Bax, erməni lobbisini, erməni lobbisinin arxasında duranları əndişələndirən də budur.
Doğru narahatçılıqdır.
Azərbaycanın hədəfi elə budur.