Modern.az

Nazir Azad Rəhimov: “...vәzifәmdәn gedә bilәrәm”

Nazir Azad Rəhimov: “...vәzifәmdәn gedә bilәrәm”

Ölkə

11 İyun 2015, 17:06


Gənclər və idman naziri Azad Rәhimov Birinci Avropa Oyunları ilə bağlı idman obyetklərinin tikintisində korrupsiyaya yol verilməsi ilə bağlı sualı cavablandırarkən bununla bağlı ittihamları təkzib edir.

Modern.az saytının məlumatına görə, Prezident Administrasiyasında keçirilən mətbuat konfransında Azad Rəhimov deyib?

"Sizә rәqәmlәr açıqlaya bilәrәm. Heç bir sübut olmadan bundan danışırlar. Bizim idman büdcәmiz ilә bağlı sual verirsizsə, 10 milyon büdcәmiz var. Bu milli komandanın sәfәrlәrinә vә tәlim kurslarına sәrf olunur. İdman obyektlәri üçün lәvazimatlar alınır və idman obyektlәri tikilir.

Dünyada tanınan istәnilәn audit şirkәti 10 milyon büdcəmizdәn 1 manat kәnara xәrclәndiyini sübut etsә, mәn vәzifәmdәn gedә bilәrәm. Biz maliyyә xәrclәrini hesabladıq. Bizim büdcәmiz әvvәlcәdәn 960 milyon manat idi. Daha sonra digәr xәrclәrә 1 milyard 1 milyon 74 min manat sәrf olunub. Bütün ölkәlәrdә belә oyunlar keçirilәn zaman xәrclәr artır.

Devalvasiya ilә bağlı xәrclər dәyişdi. 134 milyon manat әlavә xәrc devalvasiya ilә bağlı meydana çıxdı. Xaricdәn gәlәn mütәxәssislәrә böyük mәblәğdә xәrclәr gedir. Onlara yüksәk maaşlar verilir. Şәhәrdә olimpiya obyektlәri tikilir".

Nazir qeyd edib ki, əsas məqsəd idmandır və gənc nəsli sağlam ruhda yetişdirməkdir. O, bildirib ki, I Avropa Oyunlarının büdcəsi əvvəlcə 960 milyon manat olub. Sonradan 1 milyard 34 milyon manata çatdırılıb.

Aytən Əliyeva 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı