
Azərbaycan idmançıları I Avropa Oyunlarında daha bir qızıl medal qazandı, bu dəfə qadın güləşçimiz Mariya Stadnik fərqlənib.
Modern.az xəbər veir ki, Mariya finalda bolqarıstanlı idmançı Elitsa Yankovanı 12:1 hesabı ilə məğlub edib.
Azərbaycanın birinci xanımı, "Bakı-2015" I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunlarında 48 kiloqram çəki dərəcəsində qalib gələn qadın güləşçilərin mükafatlandırma mərasimində iştirak edib.
Mariya Stadniki də məhz Azərbaycanın birinci xanımı mükafatlandırıb.
Belə ki, fəxri kürsünün ən yüksək pilləsinə qalxan dünya və Avropa çempionuna qızıl medalı Mehriban Əliyeva təqdim edib.




Modern.az