Modern.az

Azərbaycanın iki hərbçisi itkin düşüb

Azərbaycanın iki hərbçisi itkin düşüb

Ölkə

23 İyun 2015, 21:38

Azərbaycan Milli Ordusunun iki hərbi qulluqçusu itkin düşüb. Modern.az saytı xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlik bəyan edib ki, iyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, mövqe istiqamətində hərəkət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilir.

Hazırda hadisə ilə bağlı axtarış və araşdırma tədbirləri həyata keçirilir.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı