Modern.az

Azərbaycanda rektorların bu addımı minlərlə gənci təhsilsiz qoyacaq

Azərbaycanda rektorların bu addımı minlərlə gənci təhsilsiz qoyacaq

Ölkə

24 İyun 2015, 09:33

Yeni tədris ilindən bir sıra ali təhsil müəssisələri təhsil haqqını qaldıracaq. Heç şübhəsiz ki, təhsil haqlarının ildən-ilə qaldırılması bir çox tələbənin ödənişli əsaslarla təhsil almasında çətinlik yaradır. Ümumiyyətlə, təhsil haqqının yüksək olması səbəbindən tələbə statusu qazanan gənclər bundan imtina etmək məcburiyyətində qalırlar və ölkəmizdə də belə hallar kifayət qədərdir..  

Təhsil eksperti Etibar Əliyev Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda hazırda ali məktəblərdə - istər dövlət, istərsə də özəl ali məktəblərdə təhsil haqları kifayət qədər yüksəkdir: “Bütün dünyada beynəlxalq akkreditasiyadan keçən ali məktəblərdə təhsil haqqı yüksək olur, enyi zamanda onların diplomalrını bütün dünya tanıyır. Onların ən azından böyük infrastrukturu var və professor-müəllim heyəti tanınmış alimlərdir”.

Etibar Əliyev qeyd edib ki, Azərbaycanda ali məktəblərin böyük əksəriyyəti beynəlxalq akkreditasiyadan keçməyib, yəni təhsilin keyfiyyəti qiymətləndirilmir:

“Təhsil Nazirliyi bir müddət bununla məşğul olsa da, nazirliyin akkreditasiya prosesi Azərbaycanın ali təhsil sisteminə qoşulduğu Boloniya prosesinə ziddir. Çünki Boloniya prosesinə görə ali məktəblərin akkreditasiyası müstəqil qurumlar tərəfindən həyata keçirilməlidir. Bu isə nazirliyin şöbəsində həyata keçirilirdi”.  

Ekspert bildirilib ki, bu gün təhsil haqqını artırmaq ölkədə bütün vətəndaşların təhsil hüququna hörmətsizlik ola bilər, çünki əhalinin vəziyyəti, yaşayış tərzi bəllidir:

“Övladları ödənişli təhsil alan ailələr indiki təhsil haqqını ödəmək imkanına malik deyillər. Bunun üçün çox hallarda ailələr borc alır və ya tələbələr akademik borc götürürlər, bir çox hallarda təhsillərini yarımçıq qoyurlar. Ən optimal variant odur ki, ödənişli təhsil yerlərinin sayı azaldılsın və dövlət sifarişi ilə tələblərin daha çox qəbul edilməsinə diqqət yetirilsin. Bu isə şübhəsiz ki, Azərbaycanda insan klapitalının inkiafına təkan verəcək addım olardı”.  

Etibar Əliyev vurğulayıb ki, ali təhsil müəssisələrinin təhsil haqlarını qaldırmasına dövlət imkan verməməlidir:

“Keyfiyyəti yoxlanılmamış təhsilin qiyməti çox yüksəkdir. Bunun artırılmasına yol vermək olmaz, bu sui-istifadədir. Hər bir universitet təhsil haqqının artırılmasını əsaslandırmağa çalışmalıdır, bunun rektorluq tərəfindən izahı verilməlidir.

Bu gün universitetlərdə təhsil alanların əksəriyyəti ödənişli təhsil alır, onların təhsil haqları təhsilin keyfiyyətini artırmalıdır. Təhsil Nazirliyi, hökumətin müvafiq təşkilatları bu məsələyə diqqət yetirilməlidir. Təhsil haqlarının artırılması indiki şəraitdə məqbul sayıla bilməz”.    

Aytən ƏLİYEVA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı