Modern.az

İŞİD-dən ŞOK BƏYANAT: Qafqazda öz filialını yaradır

İŞİD-dən ŞOK BƏYANAT: Qafqazda öz filialını yaradır

Ölkə

24 İyun 2015, 14:09

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının mətbuat katibi Abu Məhəmməd əl-Adnani Şimali Qafqazda yeni administrasiyanın - vilayətin yaradıldığını elan edib.

Modern.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, terrorçuların bu regiondakı lideri Abu Məhəməd əl-Kadari təyin olunub. Mətbuat katibi İŞİD-in Qafqazdakı “əsgərləri”ni təbrik edərək, onlara təşəkkürünü çatdırıb.

Çeçenistanın rəhbəri Ramzan Kadırov bir müddət əvvəl iddia edirdi ki, tanınmış İslam alimləri İŞİD-in “İslam dövləti” adlandırılmasını səhv hesab edir və təşkilatı “İblis dövləti” adlandırmağı təklif edirlər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı