Modern.az

Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Ölkə

Bu gün, 20:17

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksəksəviyyəli ümumi müzakirələrində çıxışı zamanı Azərbaycan–Ermənistan sülh prosesinə toxunub.

Modern.az xəbər verir ki, Tramp həllinə nail olduğunu bildirdiyi münaqişələr sırasında Azərbaycan ilə Ermənistan arasındakı uzunmüddətli münaqişəni də qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirib.

“Azərbaycan Prezidenti bildirdi ki, Prezident Tramp altı ay ərzində möcüzə yaradıb. Bu, heç kimin mümkün hesab etmədiyi əsl möcüzə idi”, – deyə ABŞ Prezidenti bildirib.

ABŞ Prezidenti əlavə edib ki, həllinə töhfə verdiyi münaqişələrdə iştirak edən ölkələrin demək olar hamısı ona təşəkkür məktubu göndərib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı