Modern.az

Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

Ölkə

22 Sentyabr 2026, 20:29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olunmasına dəstəyini ifadə edib.

Modern.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında Türkiyənin Cənubi Qafqaza baxışının aydın olduğunu bildirib.

“Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq. Cənab Əliyev və cənab Paşinyanın ortaya qoyduqları həll iradəsini təqdir edir və dəstəkləyirik”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı