Modern.az

60 qəpikdən domino oynadılar, 3000 manat cərimələndilər

60 qəpikdən domino oynadılar, 3000 manat cərimələndilər

Ölkə

Bu gün, 15:09

Goranboyda qumar oynayan şəxslər saxlanılıblar.

Modern.az xəbər verir ki, şəhərin S.Civəzadə küçəsində yerləşən çay evində qeydə alınıb.

43 və 39 yaşlı şəxslərin həmin çay evində 60 qəpikdən domino (telefon) oynadıqları müəyyən olunub. Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri saxlayıb və barələrində müvafiq maddə üzrə protokol tərtib edib. 

Çay evində saxlanılan şəxslərin oturduğu masada domino oyununda qumar kimi əldə olunan ümumilikdə 5 manat 70 qəpik, həmçinin 28 ədəd domino daşı aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər etdikləri əməldən peşman olduqlarını deyərək, barələrində yüngül cəza tədbiri seçilməsini istəyiblər.

Məhkəmənin qərarı ilə onların hər biri 3000 manat məbləğində cərimələniblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənilərdən Putinə həyasız çağırış - Qarabağı bizə qaytar!