Modern.az

Sahibə Qafarova yeni səfirlə görüşdü

Sahibə Qafarova yeni səfirlə görüşdü

Ölkə

Bu gün, 21:00

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 23-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dunkan Norman ilə görüşüb.

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Sahibə Qafarova Azərbaycan və Birləşmiş Krallıq arasında dostluq və tərəfdaşlıq münasibətlərindən söz açıb. Ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm əhəmiyyəti vurğulanaraq, bu dinamikanın bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.

İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolundan bəhs edən spiker Sahibə Qafarova özünün Birləşmiş Krallığa səfərlərini, habelə Birləşmiş Krallığın ölkəmizə səfər etmiş yüksəksəviyyəli rəsmiləri ilə keçirdiyi görüşləri və aparılan danışıqları məmnunluqla xatırlayıb. Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun fəaliyyəti vurğulanaraq, əlaqələrin daha da genişləndirilməsində qarşılıqlı səfərlərin və müntəzəm təmasların mühüm rol oynadığı diqqətə çatdırılıb. O cümlədən qeyd olunub ki, qanunvericilik orqanlarımız Parlamentlərarası İttifaq, ATƏT PA və NATO PA kimi beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər.

Ölkələrimiz arasında mövcud olan sıx əməkdaşlıq münasibətlərindən bəhs edən səfir Dunkan Norman iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu bildirib. Təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu qeyd edilərək, qarşılıqlı təmasların və birgə təşəbbüslərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Söhbət zamanı səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə digər sahələrlə yanaşı, qanunvericilik orqanları arasında da əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylər göstərəcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sertifikasiyada nələr çətinləşəcək?-Müəllimlərə xəbərdarlıq