Modern.az

"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI

"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI

Ölkə

24 Sentyabr 2026, 12:30

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib.

Modern.az-ın məlumatına görə, birinci sərbəst yürüş saat 12:30-da başlayıb.

Bu gün əsas pilotların ikinci sınaq yürüşü də gerçəkləşəcək.

Xatırladaq ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.

***

08:27

Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

Modern.az xəbər verir ki, ilk gündə “Formula 1” üzrə iki sərbəst yürüş, “Formula 2”də isə sərbəst yürüş və iki sıralama turu keçiriləcək.

20 döngədən ibarət Bakı trekinin uzunluğu 6,003 km-dir. Əsas yarış 51 dövrədən ibarət olacaq və ümumi məsafə 306,049 km təşkil edəcək.

Bakıda ilk yarış 2016-cı ildə “Avropa Qran-prisi” adı ilə keçirilib. Növbəti yeddi yarış isə “Azərbaycan Qran-prisi” adlandırılıb.

Günün proqramı:

10:00 – “Formula 2”: Sərbəst yürüş

12:30 – “Formula 1”: I sərbəst yürüş

14:00 – “Formula 2”: I sıralama turu

14:30 – “Formula 2”: II sıralama turu

16:00 – “Formula 1”: II sərbəst yürüş

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?