Modern.az

Türkiyədə TIR mikroavtobusla toqquşub, 7 nəfər ölüb

Türkiyədə TIR mikroavtobusla toqquşub, 7 nəfər ölüb

Dünya

Bu gün, 22:02

Türkiyədə ağır yol qəzasında 7 nəfər ölüb.

Modern.az "Haber Global"a istinadən xəbər verir ki, qəza Van-Özalp avtomobil yolunda baş verib.

Qeyd olunub ki, TIR-la mikroavtobusun toqquşması nəticəsində 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, polis, jandarma, Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD), Milli Tibbi Xilasetmə Qrupu , eləcə də yanğınsöndürmə qrupları cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?