Modern.az

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı AÇIQLAMA

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı AÇIQLAMA

Dünya

Bu gün, 22:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiya direktoru Burhanəddin Duran məlumat verib.

Duran prezident Rəcəb Tayyib Ərdoğanın sabah Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Qarabağa səfər edəcəyini açıqlayıb.

Azərbaycanın Qələbə Günü münasibətilə baş tutacaq səfər zamanı Prezident Ərdoğan və Prezident İlham Əliyev ikitərəfli görüş keçirəcək, Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif aspektlərini bu çərçivədə qiymətləndirəcək, həmçinin regional və qlobal məsələləri müzakirə edəcəklər.

Sizə yeni x var
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?