Modern.az

İsrail prezidentindən Eyzenkota tapşırıq - HÖKUMƏTİ QUR

İsrail prezidentindən Eyzenkota tapşırıq - HÖKUMƏTİ QUR

Dünya

Bu gün, 02:49

İsrail prezidenti İsxak Hersoq Qadi Eyzenkota yeni hökuməti formalaşdırmaq tapşırığı verib.

Modern.az xəbərə verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İsrail Müdafiə Qüvvələrinin (IDF) keçmiş Baş Qərargah rəisi və “Yaşar” partiyasının lideri Qadi Eyzenkot müvafiq mandatı noyabrın 8-də saat 17:00-da rəsmi olaraq təhvil alacaq. Hökuməti formalaşdırmaq üçün ona 28 gün vaxt verilib. Müddət daha 14 gün uzadıla bilər.

Dini və milliyətçi partiyalardan ibarət Netanyahunun koalisiyası seçkilərin nəticələrinə görə parlamentdə çoxluğu itirib. Bununla belə, o, parlamentdə ən böyük siyasi blok olaraq qalıb.

Eyni zamanda, Eyzenkotun rəhbərlik etdiyi müxalifət bloku ona parlament çoxluğunu təmin edə biləcək ərəb partiyaları ilə birləşməkdən imtina edib.

Buna baxmayaraq, Netanyahunun və onun ifrat sağçı müttəfiqlərinin siyasətinə qarşı çıxan ərəb liderləri prezident Hersoqla danışıqlar zamanı Eyzenkotun namizədliyini irəli sürüblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?