İranın cənubunda partlayış səsləri eşidilib.
Modern.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, ölkənin cənubunda bir neçə yaşayış məntəqəsində partlayış səsləri qeydə alınıb. Partlayış səslərinin eşidildiyi ərazilər Cask limanı, Bəndər-Abbas, Keşm adası, Sirik şəhəridir.