Modern.az

Tankerdən meyitlər tapıldı

Tankerdən meyitlər tapıldı

Dünya

Bu gün, 23:33

Rumıniyanın Qara dəniz sahillərində ötən ay dron hücumuna məruz qalan tankerdə beş dənizçinin meyiti aşkarlanıb.

Modern.az xəbər verir ki, bu barədə "BurgasMedia" nəşri məlumat yayıb.

Qeyd olunub ki, gəmiyə oktyabrın 15-də zərbə endirilib. Həmin vaxt tankerdə 12 dənizçi olub. Onlardan beşi xilas edilib, yeddisi isə itkin düşüb.

Gəmini idarə edən şirkətin məlumatına görə, itkin düşənlərdən altısı Benin, biri isə Rusiya vətəndaşı olub.

Hazırda itkin düşən daha iki dənizçinin axtarışları davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?