Modern.az

Azərbaycanda 4 qız qaçırılıb

Azərbaycanda 4 qız qaçırılıb

Ölkə

24 Sentyabr 2026, 14:03

2026-cı ilin birinci yarısında Azərbaycanda evlənmək məqsədilə qadın oğurluğu ilə bağlı 4 cinayət qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, 2025-ci ilin eyni dövründə bu göstərici 9 olub. 

Ümumilikdə isə cari ilin ilk altı ayında 8 adam oğurluğu cinayəti qeydə alınıb. Onların yarısı evlənmək məqsədilə qızqaçırma olub.

Lamiyə Cənnətzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri