Modern.az

Bu il Azərbaycanda məişət zorakılığından 15 qadın, 7 kişi ölüb

Bu il Azərbaycanda məişət zorakılığından 15 qadın, 7 kişi ölüb

Ölkə

Bu gün, 15:05

2026-cı ilin birinci yarısında Azərbaycanda məişət zorakılığı ilə bağlı 716 cinayət qeydə alınıb. Bu cinayətlər nəticəsində 722 nəfər zərər çəkib, 22 nəfər həyatını itirib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Zərərçəkənlərin 608-i qadın, 114-ü kişi olub. Həyatını itirən 22 nəfərin isə 15-i qadın, 7-si kişidir. Məişət zorakılığı nəticəsində zərər çəkənlər arasında 8 yetkinlik yaşına çatmayan şəxs də var. Onlardan biri həyatını itirib. Bildirilib ki, məişət zorakılığı ilə bağlı qeydə alınan cinayətlərin 21-i qəsdən adam öldürmə, 7-si adam öldürməyə cəhd, 17-si qəsdən sağlamlığa ağır, 28-i az ağır, 633-ü isə yüngül zərər vurma ilə bağlı olub. Daha 5 əzab vermə cinayəti qeydə alınıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə məişət zorakılığı ilə bağlı cinayətlərin sayı 744-dən 716-ya, zərərçəkənlərin sayı isə 750-dən 722-yə düşüb. Həyatını itirənlərin sayı 23-dən 22-yə enib. Bununla yanaşı, qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı cinayətlərin sayı 11-dən 17-yə yüksəlib.

Lamiyə Cənnətzadə

Sizə yeni x var
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?