Modern.az

"Formula 2" Azərbaycan Qran-prisində qəza baş verib

"Formula 2" Azərbaycan Qran-prisində qəza baş verib

Ölkə

Bu gün, 08:41

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışında qəza baş verib.

Modern.az xəbər verir ki, hadisə yarışın startında qeydə alınıb.

İkinci döngəyə gedən yolda "İnvicta Racing"in pilotu Rafael Kamara "Prema Racing"in sürücüsü Mari Boyanın bolidinə dəyib.

Nəticədə sarı bayraq qaldırılıb.

Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ultimatum - Paşinyan qorxudan geri addım atdı - Xəbəriniz Var?