Modern.az

Azərbaycana gələn əcnəbilərin sayı azalıb

Azərbaycana gələn əcnəbilərin sayı azalıb

Ölkə

Bu gün, 10:03

2026-cı ilin yanvar–avqust aylarında Azərbaycana 191 ölkədən 1 milyon 586 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz azdır.

Modern.az Dövlət Sərhəd Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, ölkəyə gələnlərin ən böyük hissəsini Rusiya (27,9 faiz) və Türkiyə (19,4 faiz) vətəndaşları təşkil edib. Sonrakı yerlərdə İran (7,8 faiz), Gürcüstan (4,8 faiz) və Qazaxıstan (4,6 faiz) qərarlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 6,6 faiz artaraq 77,8 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı 3,1 faiz artaraq 619,5 min nəfərə çatıb. Körfəz ölkələrindən gələnlərin sayı isə 33,3 faiz azalaraq 192 min nəfər olub. Ölkəyə gələnlərin 73,1 faizi hava nəqliyyatından istifadə edib.

Eyni dövrdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2,4 faiz azalaraq 1 milyon 384,5 min nəfər təşkil edib. Onların 43,9 faizi Türkiyəyə, 14,8 faizi Rusiyaya, 12,8 faizi Gürcüstana, 5,3 faizi isə İrana gedib.

İrana gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin müvafiq dövrünə nisbətən 41,2 faiz azalıb. Gürcüstana gedənlərin sayı isə 13,6 faiz artıb.

Sizə yeni x var
Keçid et
Rusiyadan ultimatum - Paşinyan qorxudan geri addım atdı - Xəbəriniz Var?