Modern.az

Azərbaycanda yenidən vulkan püskürməsi ola bilər

Azərbaycanda yenidən vulkan püskürməsi ola bilər

Ölkə

Bu gün, 09:49

25 noyabr 2026-cı il tarixində, yerli vaxtla saat 14:06:30-da Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.

Yaratdığı təhlükə və bir daha təkrarlanması ilə bağlı Modern.az-ın sorğusuna Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən cavab verilib.

Qeyd olunub ki, bu püskürmə zəif olub və güclü alovla müşayiət olunmayıb. Bu tip vulkanlarda daxildə layların sıxılması nəticəsində gedən proseslər zamanı flüidlər və qazlar toplanır, müəyyən müddətdən sonra isə kütlə xaricə çıxır. Adətən fasilədən sonra yenidən aktivləşmə müşahidə olunur və belə xırda püskürmələr vaxtaşırı baş verir. Bəzilərində kütlə boğazdan axıb tökülür.

"Bu hadisədə də püskürmə elə yüksək olmayıb. Təxminən səkkiz dəqiqəyə yaxın xırda-xırda axıb tökülüb və heç bir təhlükə yaratmayıb" - deyə bildirilib.

Püskürmənin zərərləri ilə bağlı bildirilir ki, heç bir ziyan dəyməyib. Baş verən püskürmə güclü, alovlu püskürmələrdən deyildi. Hündürlüyü cəmi bir-iki metr olan, suyun səthdən qalxması kimi zəif və xırda bir hadisə idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ballistik raketlər işə düşdü - Rusiyadan dəhşətli hücum!