Modern.az

Avtobuslar üçün xüsusi svetofor istifadəyə verildi

Avtobuslar üçün xüsusi svetofor istifadəyə verildi

Ölkə

Bu gün, 17:52

Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud svetofora avtobuslar üçün ayrıca quraşdırılan svetofor artıq istifadədədir.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, avtobus sürücüləri həmin svetoforun siqnallarına uyğun şəkildə hərəkəti davam etdirirlər.

Qeyd edək ki, avtobus svetoforlarının quraşdırılmasında əsas məqsəd avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Eyyubovun oğlunun 10 milyonluq əmlakları üzə çıxdı - ŞOK SİYAHI