Modern.az

“Məhkəmədən xəbərimiz olmayıb" - Nəsimi Musayevin atası

“Məhkəmədən xəbərimiz olmayıb" - Nəsimi Musayevin atası

Ölkə

Bu gün, 17:09

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin ilk məhkəmə iclası keçirilib.

Hərbçinin atası Rasim Musayev Modern.az-a açıqlamasında məhkəmə prosesi barədə məlumatlarının olmadığını bildirib.

O qeyd edib ki, ailə üzvləri məhkəmənin keçirildiyini erməni mətbuatından öyrəniblər:

“Bizim məhkəmə prosesindən xəbərimiz olmayıb. Məlumatı erməni mətbuatından aldıq, məhkəmənin baş tutduğunu oradan bildik. Hazırda prosesin nəticəsi barədə də heç bir məlumatımız yoxdur”.

Rasim Musayev oğlundan uzun müddətdir xəbər ala bilmədiklərini deyib. O, söhbət zamanı kövrələrək aylardır övladının səsini eşitmədiyini, üzünü görmədiyini bildirib.

“Ümid edirəm ki, hər şey yaxşı nəticələnər və oğluma qovuşarıq”, – deyə o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 1-də Azərbaycan hərbçisi Nəsimi Musayev naməlum şəraitdə Ermənistanın Sünik vilayətinin Şəki kəndində saxlanılıb. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət işi açılıb. Musayev, həmçinin 1987-ci il təvəllüdlü Ermənistan vətəndaşı Ani Avetisyanı odlu silahla yaralamaqda ittiham olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus əsgərləri Ermənistandan çıxır - Proses başladı