Modern.az

Azərbaycanlı milyarder yenidən həbs olundu - Ona 75 il həbs cəzası istənilir

Azərbaycanlı milyarder yenidən həbs olundu - Ona 75 il həbs cəzası istənilir

Ölkə

22 Mart 2016, 08:57

Türkiyədə  bir müddət öncə korrupsiya əməliyyatı ilə əlaqədar yaxalanıb 70 gün həbs yatdıqdan sonra sərbəst buraxılan tanınmış iş adamı Rza Zərrab bu dəfə Amerikada saxlanılıb.

Modern.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, azərbaycanlı iş adamı İrana qarşı sanksiyaları pozaraq ABŞ-ı aldatmaqda, bank saxtakarlığında və “çirkli” pulların yuyulması”nda ittiham olunur. Mayamidə həbs olununan Zərrab üçün prokurorluq 75 il həbs cəzası istəyib.

Dünən Mayami məhkəməsi tərəfindən həbs olunan Rza Zərrab haqda bildirilir ki, o və iki İran vətəndaşı Kamelia Cəmşidi ilə Hüseyn Nəcəfzadə ilə birgə İran hökumətinin xeyrinə olacaq şəkildə saxtakarlıq edərək yüz milyonlarla dollarlıq bank əməliyyatı həyata keçiriblər. Prokurorluq hər üç şübhəli üçün ABŞ-ı aldatmağa görə 5 il, İrana qarşı sanksiyaları pozmağa görə 20 il, bank saxtakarlığına görə 30 il və “çirkli pulların yuyulması”na görə 20 il olmaqla üst-üstə 75 il həbs cəzası istəyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı