Modern.az

Bakı Olimpiya Stadionuna toy etmək üçün çoxlu müraciət edilib

Bakı Olimpiya Stadionuna toy etmək üçün çoxlu müraciət edilib

Ölkə

28 Mart 2016, 16:19

“Bakı Olimpiya Stadionunda toy etmək üçün müraciət edənlər çoxdur”. Bu sözləri Modern.az saytına açıqlamasında Bakı Olimpiya Stadionunun mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva deyib. O qeyd edib ki, müraciət edənlər olsa da, reallaşan toy yoxdur.

“Hazırda real toy sifarişi yoxdur. Amma maraqlananlar çoxdur. Gəlirlər, məkana nəzər yetirirlər və qeyd edirlər ki, dəqiq tarix bilinəndə müraciət edəcəklər”.

C.Mehdiyeva bildirib ki, stadionda əsasən açıq səma altında toy etmək istəyənlər müraciət edirlər.

“Havalar sərin keçdiyi üçün hələki bu istəklərini reallaşdıra bilmirlər. Əsasən açıq səma altında toy etmək istəyənlər yay fəslini gözləyirlər. Qiymətlərimiz münasibdir. Çünki biz yalnız məkan veririk. Qiymət qonaqların sayından asılıdır”.

Stadion təmsilçisi bildirib ki, onlara toy etmək üçün müraciət edənlər futbol fanatları və ya bu kimi toyları dünya təcrübəsində görmüş şəxslərdir.

“Toyun gözəlliyi açıq havada olandır. Bizə müraciət edənlər sadəcə futbol fanatları və ya fərqli dünyagörüşlü insandır. Qeyd edirlər ki, Madriddə, Barselonada belə toy görüblər və öz toylarının da stadionda keçmək istəyirlər”.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı