Modern.az

Sərkisyan Ermənistanın itkilərini AÇIQLADI: 18 ölü, 35 yaralı

Sərkisyan Ermənistanın itkilərini AÇIQLADI: 18 ölü, 35 yaralı

Ölkə

2 Aprel 2016, 21:19

 

Ermənistan silahlı qüvvələri şənbə gününə keçən gecə və gün ərzində Azərbaycan Ordusu ilə döyüş zamanı 18 hərbçisini itirib, 35 əsgəri yaralanıb.

Modern.az saytı “İnterfax”a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sərkisyan şənbə günü keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bildirib.

"Bu, 1994-cü ildə atəşkəs rejimi əldə olunduqdan sonra ən irimiqyaslı hərbi əməliyyatlardır", - deyə S.Sarkisyan bildirib.

Onun sözlərinə görə, hazırda əldə edilən məlumatlara görə, 18 erməni hərbçisi ölüb, 35-i yaralanıb.

Ermənistan prezidenti qeyd edib ki, bu hadisələrin nə ilə nəticlənəcəyi məlum deyil, çünki təmas xəttində gərginlik hələ də müşahidə olunmaqdadır.  

Bundan əlavə, o, Ermənistanın Qarabağdakı separatçı rejimə hərbi yardımı ilə bağlı müqavilə bağlanmasının müzakirəsinin mümkün olduğunu da təklif edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı