Bu gün ermənilər qondarma “soyqırım” günlərini qeyd edəcəklər. Onlar bu günə qədər tarixi saxtalaşdıraraq az qala bütün dünyaya sübut ediblər ki, 1915-ci ildı türklər tərəfindən soyqırıma məruz qalıblar. Dünya ermənilərinin əsas hədəfləri isə gələn il aprelin 24-də, bu uydurma soyqırımın dünya səviyyəsində qeyd edilməsidir. Bundan sonra Türkiyəyə qarşı ırazi iddiaları, təzminat məsələləri gündəmə gələcək.
Milli Məclisin sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru Hadi Rəcəbli hesab edir ki, ermənilər bu uydurma soyqırımla əslində bütün türk dünyasına qarşı çıxış edirlər. Tarixə ekskurs edən deputat qeyd edir ki,1885-ci ildə Türkiyənin Van şəhərində “Armenakan” adlı ilk erməni siyasi partiyası yaradılıb: “Terroru Osmanlı dövlətinə qarşı özünə əsas mübarizə metodu kimi seçmiş “Qnyaç” partiyası isə 1887-ci ildə Cenevrədə qeydə alınıb. Digər erməni siyasi təşkilatı olan “Daşnaksütyun” 1890-cı ildə Tiflisdə yaradılıb. Bu üç partiyanın da ümdə məqsədi “dənizdən dənizə Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün Türkiyənin şərq vilayətlərini türklərdən “təmizləmək” idi və bu fəaliyyət iki əsas prinsip üzərində qurulub: qiyamlar, üsyanlar qaldırmaq, bu qiyamlar nəticəsində verilən qurbanların sayını şişirtməklə bütün dünyaya onlar barədə “bağırmaq” və yalan informasiya yaymaq.
1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci il Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etmiş və həmin soyqırımı iddiası da bu dövrdən etibarən ortaya çıxıb.Türk hökumətinin milli təhlükəsizlik tədbirlərini “kütləvi qırğın və genosid” kimi qələmə vermələri həqiqətə uyğun deyil. Erməni dəstələrinin türklərə və digər müsəlman xalqlara qarşı törətdikləri soyqırımı ört-bastır etmək məqsədilə erməni təbliğatı qırılan ermənilərin sayını şişirdir. Ölən ermənilərin sayı əvvəlcə 600 min, sonralar artırılaraq 800 min, daha sonra isə 1.5 milyon nəfər göstərilib. Halbu ki, Osmanlı mənbələrinə görə Türkiyədə cəmi 30 min nəfər olub. Ölənlər müharibə şəraitində həyatlarını itirib. Keçmişə nəzər salıb, tarixi təhsil aparsaq, görərik ki, Anadoluda ancaq 1890-1892-ci illərdə, yəni cəmi 3 il ərzində 65 min dinc müsəlman əhalisi qətlə yetirilib. 1894-cü ildə İstanbul, Trabzon, Ərzurum, Bitlis, Harput, Urfa, Sivas, Adana, Maraş, Kayseri şəhərində ermənilər tərəfindən kütləvi qırğınlar törədilib. Misal üçün, Kars vilayətinin Şildir dairəsində 24, Düz Ardahan dairəsində 18, Şadivanda 2, Qolda 34 müsəlman kəndi büsbütün yandırılıb. Daha sonra Osmanlı dövlətinin tarixi mənbələrinə görə 1915-1918-ci illərdə erməni silahlı dəstələri 600 min türk öldürüb. Bu gün Ərzurum, Qars, Bitlis, Muş, Sivar, Ankara bölgələrində ermənilər tərəfindən qətlə yetirilmiş türklərin 100-ə yaxın kütləvi məzarlığı mövcuddur. Bunların beşində minlərcə insanın skeletləri tapılıb. Erməni terrorizminin bir fərqləndirici cəhəti də inanları xüsusi qəddarlıq və amansızlıqla, başlarına ağlasığmaz vəhşiliklər ( diri-diri yandırma, gözlərin çıxarılması, qulaqların, digər əzaların kəsilməsi və s.) gətirməklə qətlə yetirməkdir.
Birinci Dünya Müharibəsi zamanı qeyri-qanuni erməni dəstələri çar Rusiyası tərəfindən Türkiyəyə qarşı vuruşublar. Bu şəraitdə Osmanlı hökuməti bu “komitəçi”lərin həbsinə qərar verib və 24 aprel 1915-ci ildə 2345 antihökumət fəaliyyətində təqsirləndirilən erməni həbs edilib. Beləliklə, erməni millətçiləri Birinci dünya müharibəsindəTürkiyənin ağır vəziyyətə düşməsini “Böyük Ermənistan” yaratmaq xülyasını həyata keçirmək üçün əlverişli məqam bilib, Şərqi Anadolunun bir çox şəhərlərində qiyamlar təşkil edib, silahlı erməni quldur dəstləri gələcək Ermənistan dövləti üçün ərazi yaratmaq məqsədilə dinc türk əhalisinə qarşı soyqırımı törətmiş, əhalini ata-baba yurdlarından qovublar. Erməni millətçiləri insanlara qarşı törətdikləri bu dəhşətli soyqırım cinayətlərini ört-bastır etmək üçün sonralar qondarma soyqırımı mifini uydurdular və erməniikər dünyanın “əzabkeş xalqı” kimi qələmə veriblər”.
Deputat ermənilərin bu gün də türklərə qarşı soyqırımı siyasəti apardığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ 18-ci əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə azərbaycanlıların deportasiyası 3 mərhələdə aparılıb: “1905-1920-ci illər, 1948-1953-cü illər və 1988-1992-ci illər. Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlılaların yüzlərlə yaşayış məntəqəsini yerlə yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiya zamanı,1988-ci ildə isə 220 mindən artq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk etməli olub. Bundan sonra emənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbristanlıqları, tarixi-mmədəni abidləri, dini müəssisləri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2 mindən artlıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda, bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə ermənilər XX ısrin ən dəhşətli hadisəsinə imza atıblar, Xocalı soyqırımıni törədiblər. Soyqırımı zamanı Xocalı şəhərinin inzibati ərazisində 1 şəhər, 1 qəsəbə və 52 kəndin yerlə yeksan edildiyini, 80 mədəni-məişət obyekti dağıdılmış, 613 nəfərin qətlə yetirildiyini, 487 nəfərin əlil olub”.
Hadi Rəcəblinin fikrincə bütün türk dünyası ermənilərin bu siyasətinə qarşı birlik nümayiş etdirməlidir: “Hesab edirəm ki, hazırda erməni siyasətinə qarşı dünyada ən böyük işi Azərbaycan Prezidenti İlham Əliyev aparır. Erməniliyin iç üzünün açılmasında Heydər Əliyev Fondunun gördüyü işlər ölçüyəgəlməzdir. Fondun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası bütün dünyada səs salıb. Həqiqət odur ki, bütün türk dünyasında erməni vandallığına qarşı ən böyük işi İlham Əliyev və Heydər Əliyev Fondu aparır. Bütün bu işlər onu göstərir ki, İlham Əliyevi yalnız Azərbaycanın deyil, Çağdaş Türk Dünyasının lideridir. İlham Əliyev erməni yalanlarına qarşı xaric ölkələrdə fəaliyyət göstərən türk ölkələrinin diasporalarını birliyə çağırıb. Əslində, bu, türk dünyasının birliyə çağırışıdır”.
Modern.az