Modern.az

Bir gündə 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub - Eşqi Bağırov

Bir gündə 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub - Eşqi Bağırov

Təhsil

Bu gün, 12:22

Bir gün ərzində 100 minə yaxın uşaq birinci siniflərə elektron şəkildə qeydiyyatdan keçib.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

Qeyd edək ki, mayın 6-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb.

Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır. Valideynlər eyni tarixdən başlayaraq məktəb və müəllim seçimini həyata keçirə biləcəklər. Seçim mərhələsi iyunun 5-i saat 11:00-dək davam edəcək. Prioritet bölgələr sırasında Abşeron, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri yer alır.

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə müsahibəyə qeydiyyat mayın 6-sı saat 11:00-da başlayacaq və mayın 18-i saat 18:00-dək davam edəcək.

Müsabiqə yolu ilə qəbul aparılan məktəblər üçün qeydiyyat mayın 6-sı saat 15:00-dan iyunun 5-si saat 18:00-dək açıq olacaq. Bu kateqoriyaya Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi daxildir.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada