Modern.az

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilir 

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilir 

Parlament

6 May 2026, 14:04

Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi təklif olunur.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Belə ki, layihəyə əsasən, Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibindəki Vladimirovka kəndinin adı Elbir kəndi olaraq dəyişdirilir və həmin inzibati ərazi dairəsi Elbir kənd inzibati ərazi dairəsi hesab edilir.

Eyni zamanda, Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibindəki Alekseyevka kəndinin adı Çinarli kəndi, Timiryazev kəndinin adı isə Bəhrəli kəndi olaraq dəyişdirilir və Alekseyevka kənd inzibati ərazi dairəsi Çinarli kənd inzibati ərazi dairəsi hesab olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV