Modern.az

Mühüm qanun layihəsi bu ay parlamentə göndəriləcək

Mühüm qanun layihəsi bu ay parlamentə göndəriləcək

İqtisadiyyat

Bu gün, 11:56

Azərbaycanda virtual aktivlərlə bağlı qanun layihəsinin hazırlandığı açıqlanıb.

Modern.az xəbər verir ki, bu barədə texnoloji məsələlər üzrə ekspert Osman Gündüz sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, virtual aktivlər üzrə qanun layihəsi hazırda razılaşdırılma mərhələsindədir və sənədin ilin sonuna qədər tamamlanması gözlənilir.

Bu barədə ona Mərkəzi Bankdan məlumat verilib. Qeyd edilib ki, bu sahədə qanunvericiliyin gecikməsi bazarın inkişaf tempinə mənfi təsir göstərir. 

Paylaşımda həmçinin bildirilib ki, vençur maliyyələşmə və kraudfandinglə bağlı qanun layihələri üzrə işlər artıq yekunlaşıb və sənədlərin bu ayın sonuna qədər Milli Məclisə təqdim olunması gözlənilir.

Qeyd edək ki, virtual aktivlərlə bağlı hüquqi çərçivənin formalaşdırılması kriptovalyuta, rəqəmsal maliyyə və innovasiya ekosisteminin tənzimlənməsi baxımından mühüm addım hesab olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada