Modern.az

Naxçıvanda deputat köməkçiləri büdcədən maliyyələşəcəklər

Naxçıvanda deputat köməkçiləri büdcədən maliyyələşəcəklər

Parlament

6 May 2026, 11:40

Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının köməkçisinin hüquqi statusu yaradılıb.

Modern.az xəbər verir ki, bu, Ali Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola biləcək.

Deputatın köməkçiləri Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına saxlanılacaq.

Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənəcək.

Deputatın köməkçisinə aid əlavə tələblər Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarı ilə müəyyən ediləcək.

Qanunun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.(Trend.az)

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV