Modern.az

Tramp İran əməliyyatını əvvəlki müharibələrlə müqayisə etdi

Tramp İran əməliyyatını əvvəlki müharibələrlə müqayisə etdi

Dünya

Bu gün, 13:10

ABŞ Prezidenti Donald Trump İranla bağlı əməliyyatı ABŞ-ın keçmiş müharibələri ilə müqayisə edib.

Modern.az xəbər verir ki, Tramp “Truth Social” sosial şəbəkəsində müxtəlif müharibələrin müddətini əks etdirən qrafik paylaşıb və izləyicilərinə “Bu cədvələ baxın!” çağırışı edib.

Paylaşımda Vyetnam, İraq, Əfqanıstan müharibələri kimi uzunmüddətli hərbi münaqişələrin neçə həftə davam etdiyi göstərilib.

Qrafikin sonunda isə qırmızı rənglə “İranda ekskursiya” (“Tour in Iran”) adlı əlavə hissə yer alıb və qarşısında “6 həftə” qeydi göstərilib.

1518204

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada