Montin, Varovski və razin kimi adlar hələ də işlədilir.
Modern.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, bəzən hansısa kurs yazır ki, bizim ünvan "Montin"də yerləşir:
"Amma əslində belə bir ad və onun kökü yoxdur. Əgər bunun kökü yoxdursa bunun adını nə qoya bilərik deyə düşünürük. Vaxtilə Şəmkir rayonunda da Çardaxlı kəndinin adını dəyişib Çənlibel etdik. Ona görə də bu adların kökü və tarixi araşdırılmalıdır ki, bunun əsl mahiyyətini üzə çıxarmaq mümkün olsun" - komitə sədri bildirib.