Modern.az

Xalq artisti seçiciləri İlham Əliyevə səs verməyə çağırdı

Xalq artisti seçiciləri İlham Əliyevə səs verməyə çağırdı

Diaspor

5 Fevral 2024, 09:53

Azərbaycanın xalq artisti, “Şöhrət” ordeni laureatı, hazırda İsrailin Arad şəhərində yaşayan Tofiq İbrahim oğlu Mirzəyev Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.

 

Müraciətdə deyilir:

 

“Hörmətli cənab Prezident.

 

Mən, Tofiq Mirzəyev 1932-ci ildə Azərbaycanın Gədəbəy rayonunda anadan olmuşam. Azərbaycan Dövlət Konservatoriyasını bitirmişəm. Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrində solist işləmişəm.

 

Moskva Televiziyasında rejissorluq kursunu bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasında Qara Qarayev, Tofiq Quliyev, Müslüm Maqomayev, Rəşid Behbudov və bir çox başqaları haqqında musiqili verilişlər çəkmişəm. Aktyor kimi iyirmidən çox filmdə, o cümlədən “Uşaqlığın son gecəsi”, “Cinahsız cəbhə”, “İstintaq”, “Nəsimi”, “O qızı tapın” və bir çox başqa filmlərdə çəkilmişəm.

 

Hazırda İsraildə yaşayıram və təəssüf ki, növbədənkənar Prezident seçkilərində iştirak edə bilməyəcəyəm. Lakin mən bütün qəlbimlə Azərbaycan sakinlərini, Azərbaycanı sevən və onun gələcəyini düşünən hər kəsi indiki Prezident İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram. Çünki heç kimin edə bilmədiyini Azərbaycan üçün o, etdi – İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Mən qoca adamam və tam səmimi deyirəm ki, nə vaxtsa torpaqlarımızın azad ediləcəyinə artıq heç kim inanmırdı. Çünki düşmənimizin dünyada çox güclü mövqeləri var və yalnız İlham Əliyevin uzaqgörən və müdrik siyasəti bunu mümkün edib, torpaqlarımız əsl sahibinə - Azərbaycan xalqına qaytarılıb.

 

İlham Əliyevə səs verin və o zaman Azərbaycan müstəqil qalib ölkənin şöhrətini daha da möhkəmləndirəcək!”

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok