Modern.az

Əfqanıstanda partlayış

Əfqanıstanda partlayış

Dünya

30 İyul 2016, 00:46

Bu gün Kabulda baş verən partlayışda Əfqanıstan parlamentinin kadrlar şöbəsinin başçısı həlak olub. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

 

Məlumata görə, partlayıcı ilə doldurulan avtomobil Kote Sanqi rayonunda partladılıb. Partlayış zamanı daha iki nəfər xəsarət alıb. Partlayışın təşkilatçıları və məqsədi barədə məlumat verilmir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!