Rusiya növbəti dəfə İŞİD-ə zərbə endirib. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, bu dəfə “Tu-22M3” tipli altı uzaq bombardımançısı Suriyanın Deyr-əz-Zor əyalətində İŞİD terrorçularının obyektlərinə qrup şəklində aviasiya zərbəsi endirib.
Rusiyanın Müdafiə Nazirliyinin məlumatına gorə, hədəf quldur dəstələrinin baza düşərgələri, silah-sursat anbarları, zirehli texnika və canlı qüvvələrinin toplaşma yeri olub.
Modern.az