Modern.az

Obamanın qızı Hollivudda işə düzəlib

Obamanın qızı Hollivudda işə düzəlib

Dünya

4 Fevral 2017, 12:02

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın 18 yaşlı qızı Maliya Obama prodüsser Xarvi Vaynşteynə məxsus Hollivudun ən qüdrətli şirkətinin əməkdaşı olub.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, stajçı kimi çalışacaq Maliya burada işlədiyi hər saata görə 9 dollar əmək haqqı alacaq.

Keçmiş prezidentin qızı məsuliyyətli işlə məşğul olacaq: o, stajçı kimi ssenariləri seçib onları işlənilməsi üçün göndərəcək.

Əgər Maliya özünü kino şirkətində yaxşı cəhətdən göstərərsə, o, Hollivudda rəsmi vəzifə də ala bilər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!