Rusiya Xarici İşlər Nazirliyinin Avropa deparatamentinin rəhbəri Aleksandr Botsan PKK və YPG-ni terror təşkilatları kimi tanımadıqlarını deyib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, diplomat Türkiyə və Suriyada fəaliyyət göstərən bu təşkilatların Moskvanın terror təşkilatları siyahısında olmadığını deyib.
“Rusiya PKK və YPG-ni terror təşkilatı kimi görmür. Bu bir reallıqdır”.
Botsan Suriyanın ərazi bütövlüyünün də həm Rusiya, həm də Türkiyə tərəfindən dəstəkləndiyini vurğulayıb.
Vüqar İSMAYILOV