Türkiyə polisi Fətullah Gülənin 115 tərəfdarına qarşı xüsusi əməliyyat həyata keçirir.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ölkənin 15 vilayətində keçirilən əməliyyatlarda FETÖ-yə dəstək verən və onun maliyyələşməsində iştirak edən şəxslər saxlanılıb.
Xatırladaq ki, 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən hazırda ABŞ-da yaşayır.