Suriyada terror aktı törədilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, terror aktı ölkənin şimal-şərqində yerləşən Qamışlı şəhərində törədilib.
Məlumatına görə, terrorçular şəhərin qərbində partlayıcı maddə ilə doldurulmuş avtomobili partladıb. Partlayış nəticəsində 5 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.
Partlayışa görə məsuliyyəti heç bir qruplaşma hələ üzərinə götürməyib.