Modern.az

Angela Merkeli 4-cü dəfə kansler seçilə bilər  

Angela Merkeli 4-cü dəfə kansler seçilə bilər  

Dünya

5 Mart 2018, 16:42

Almaniya prezidenti Frank Volter Steinmeyer Angela Merkeli kansler vəzifəsi üçün namizəd kimi Federal Məclisə təklif edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 14 mart tarixində keçirilməsi nəzərdə tutulan seçimlərdə Xristian Demokrat İttifaqının lideri Merkelin 4-cü dəfə kansler seçiləcəyi gözlənilir.

Merkel bu gün partiyasının baş qərargahı Konrad Adenaurda iclas keçirib və bildirib ki, artıq yeni işlərə başlamaq zamanıdır. Bu da onun yenidən baş nazir –kansler olacağı ilə bağlı ehtimalları artırır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!