Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Nauert ölkə diplomatlarının Çində akustik hücuma məruz qaldıqlarını bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hücuma görə diplomatik personalın bir qismi ailə üzvləri ilə birlikdə ABŞ-a təxliyə olunub və ciddi tibbi yoxlanışdan keçiblər.
Hadisənin Çinin Quançjou şəhərində baş verdiyi bildirilir. Bundan əvvəl, ABŞ diplomatları Kubada da akustik hücuma məruz qaldıqlarını bildirmişdilər.