Fransada ölkə yığmasının dünya çempionu olması sevincindən ölən və yaralananlar var.
Modern.az “Sovetski Sport” nəşrinə istinadən xəbər verir ki, fransızların qələbə sevinci iki nəfər ölməsi, daha bir neçə ağır yaralanmasına səbəb olub.
Le Monde nəşrinin məlumatına görə Ansi şəhərində 42 yaşlı kişi qələbə sevinci ilə su səviyyəsi az olan kanala atlayıb. Nəticədə başından ağır zərbə alaraq hadisə yerindəcə ölüb.
Başqa bir insidentdə daha bir kişi avtomobili idarə edərkən qələbə münasibəti ilə bayram etməyə başlayıb. Nəticədə qarşıdakı ağaca çırpılaraq həyatını itirib.
Bir qadın da traktorda gəzərək qələbəni bayram edib. Hərəkət zamanı traktorun təkərləri altında qalan qadının vəziyyəti hazırda ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, Fransa yığmasının qələbəsi münasibəti ilə bütün ölkə ərazisində kütləvi iğtişaşlar baş verib. Polis göz yaşardıcı qaz və təzyiqli sudan istifadə etmək məcburiyyətində qalıb. İğtişaşlar nəticəsində onlarla insan həbs edilib.
Əvəz ZEYANLOV