Kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) Qaziantepdən seçilən deputatı Mahmud Toğrul terror qruplaşmaları PKK/KCK-nin təbliğatını aparması ittihamı ilə həbs edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, deputat 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun Kahramanmaraş şəhərində tədbirlərdən birində terror şəbəkələrinin təbliğatını apardığı deyilib.