Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə hərbi vəziyyət elan olunması ilə bağlı Rusiya sərhədinə qoşun toplanacağını deyib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, Ukrayna ordusunun sərhəd ərazilərdə hərbi təlimlər keçirəcəyini və Moskvanın aqressiyasına qarşı güc toplayacağını bəyan edib.